gündəlik ədəbi düşüncələr
Ədəbi düşüncələr

Payızın ruhu, saralmış
yarpaqlarda gizlidir..
Yağış damlaları torpağı islatdıqca ruhumun dərinliyində yeni bir ümid cücərir..
Ey rəngləri dəyişdirən Rəbbim!
Yarpaqları saraldırsanki, ömrümün də sarala-sarala yetkinləşdiyini anlayım..
İmtahanlarla havanı soyudursan ki, sənə sığınaraq pənah yeri tapım..
Ey hər mövsümü hikmətli edən Rəbbim!
Payızın sərin nəfəsində, mərhəmətinin istiliyini duyuram..Külək əsdikcə, ağaclar silkələndikcə ruhum, inkişafı, səbri, təfəkkürü öyrənir..
Məsumə Dadaşova.