Şeir
Şeir

Nərgiz gülü
Günəşsən bulud altda,
Parla, cahan oyansın.
Sən şəfəqsən, işılda,
Zülmət nura boyansın.
Sən Nərgizin gülüsən
Aləm müştaq ətrinə,
Yer bürünüb nərgizə
Ağa, sənin xətrinə.
Çaylar sənin ismini,
Gecə, gündüz zikr edir.
Düyduqca nəfəsini,
Varlığına şükr edir.
Dağlar əyir vüqarın,
Sənə təzim eyləyir
Əridir başda qarın,
Yollarına çiləyir.
Salxım-salxım düzülən,
Ulduzların gözüsən.
Asimandan süzülən,
İntizarın özüsən.
Abı-Kövsərsən, Ağa,
Sirab et, teşnələri,
Qədəm qoy bu torpağa,
Coşsun nur çeşmələri..
İtirib öz səmtini,
Gəl, dəyiş ruzigarı.
Asan eylə, çətini,
Ey, Zəhra yadigarı..
Sevda Əliyeva.