Şeir
Şeir

Xanım Fatimə
Ana can, hicabım yadigarındır.
Bilirəm, iffətim iftixarındır.
Gözümün qibləsi mənim yarımdır.
Mən sənə layiqəm, xamım Fatimə?
Əziyyət etdilər, yolun dönmədim.
Bəzən çox yoruldum, amma sönmədim.
Adını dilimdən heç vaxt silmədim.
Mən sənə sadiqəm, xanım Fatimə?
Uşaqkən etiqad eylədim sənə,
Nə arzum var idi, söylədim sənə
İndi böyümüşəm, gəlmişəm yenə,
Ruhumu sardı qəm, xanım Fatimə .
Ürəyim izində itmək istəyir,
Sən gedən yolları getmək istəyir.
Dünyaya etiraf etmək istəyir:
“Mən sənə aşiqəm, xanım Fatimə!”
Ülviyyə Əzizova