Şeir
Şeir

Həsrətindədir…
Çəmənlər darıxıb çiçəklər üçün,
Gecə də gündüzün həsrətindədir.
Günəş zühur edir yer əhli üçün,
Səmalar ay üzün həsrətindədir.
Şeh salıb kipriyə yarın həsrəti
Eşqin surətidir onun surəti
Yar gəzir aşiqdə bu məharəti;
O görən bir gözün həsrətindədir.
Ağladım “daha gəl!” deyə, gəlmədi…
Gözlədim “gəlirəm” deyə, gəlmədi…
İndi anlayıram niyə gəlmədi…
O sadiq bir sözün həsrətindədir…
Tərgül Həzin.