Şeir
Şeir

Hicab Quranın ayəsi,
Xanım Zəhra nişanəsi.
Qadınların həya səsi,
İsmət, iffətin bəhrəsi.
Hicab kəlməyi-şəhadət,
Hicab qeyrəti, şücaət.
Əhli-beytdən əmanət,
İzzəti-nəfsə sədaqət.
Hicab qadın əzəməti,
Cəmiyyətin şərafəti.
İlahinin mərhəməti,
Yer üzündəki cənnəti.
Hicab sultanlar qalası,
Mümkün deyil əl çatası.
Xanımların ən əlası,
Örtüyüdür nur parçası.