Şeir
Şeir

Çadram
Zəhra əmanəti, Zeynəb libası,
Ənsar xanımların yoludur, çadram.
Peyğəmbər kəlamı, Quran sədası,
Allahın qadında nurudur, çadram
Göylərə ucalan həzin duadır
İxlasla,imanla doludur, çadram.
Zülmət gecə kimi sirli dünyadır,
Səhər şəfəqi tək nurludur,çadram
Məğrur duruşuyla dağlar yaradır,
Əriməz nə qarlar, nə buzlar kimi,
Baxma bu dünyada rəngi qaradır,
Məhşərdə bərq vurar ulduzlar kimi.
Əhdimə, andıma xilaf çıxmadım,
Qorudum tufanlar önündə səni.
Bir ömür adını təmiz saxladım,
Sən də qoruyarsan Siratda məni.