Məqalələr

Məqalələr

Qızım və hicab

Qızım iki yaşında idi…
Şən və şıltaq uşaqlığı gəlinciklər, oyuncaqlar və saf gülüşlə dolu idi.
Bir gün dayım oğlu qəfil gəldi. Tələsik otağa keçib, adətim üzrə hicabımı örtdüm. Elə bu an arxadan bir səs eşitdim. Dayım oğlu gülərək dedi:
– Ay bacı, hicabı örtməyə gedəndə qızına da xəbər elə! Yazıq uşaq çay dəsmalını keçirib başına…
Gülüşdük. Amma o gülüş mənim üçün bir oyanış oldu.
Sonralar diqqət etdim ki, kimsə hicabla bağlı kinayəli bir söz deyəndə, hicab sözünün “h” hərfi dilə gələn kimi, o mehriban baxışlar bir anda ciddiləşirdi. Uşaq simasında böyüklərə xas bir qətiyyət peyda olurdu.
O zamandan anladım ki, hicab mənim üçün nə qədər dəyərlidirsə, qızım üçün də elə o qədər dəyərlidir. Balaca qızım sözsüz, səssiz bir dərs, nəsihət verə bildi.
Onun kiçik ürəyinə hicabın böyük eşqi belə daxil olmuşdu.
Və mən ümid edirəm ki, bu eşq həyat yolunda ona daim nur olacaq, onu qoruyacaq, istiqamət verəcək və ömür boyu onu məsum uşaqlığındakı kimi pak saxlayacaq.

Rübab Ələmdar

Daha çox bax
Başa dön tuşu