Site icon 𝖎𝖑𝖆𝖍𝖎𝖖𝖊𝖑𝖊𝖒

gündəlik ədəbi düşüncələr

“Ay işığı və istiğfar”

Ay səndən nur çəkib taban olub, ey Günəşim!  Uzaqdan da, yaxından da kim Sənə üz tutdusa, münəvvər oldu, aytək parladı. Sən sadələri qızıl edənsən. Ən böyük qorxum da budur: Sənə gəlsəm belə, parlamayım, ucalmayım, qızıla çevrilməyim..Çoxları kimi. Çünki çoxlarından olmaq istəmirəm. Ey, bizə haqq olanları tanıdan! Bizləri haqqı tanıyıb, onun haqqını verən xas kimsələrdən qərar ver!

Müəllif:Emruzə Abbasova.

Exit mobile version