Şeir

Səhər açılarkən nurla dolur gün,
Könlüm səssiz-sakit dua ünündə
Bu gün ürəklərə enir bir hüzün,
Mələklər səcdədə Cümə günündə
Gün verir insana ümid və arzu,
Hardansa qəlbimə aramlıq çökər.
Bu gündə açılar ərşin qapısı
Rəbbim rəhmət əlin üzümə çəkər.
Haqq yolun axtaran bu gündə tapar,
Təvəkkül, təvəssül eyləyər bəşər
Səcdəyə əyilən qəlblər rahatlar,
Cümənin nuruyla ruh dərinləşər.
Aynur Cəfərova.