Şam azanı verildi və intizar başladı İnsan hər gün ayrı bir ümidlə oyanır yuxusundan, yalnız cümə günü bəzi insanlar üçün ümid günəşdən əvvəl doğur. O gün saatın əqrəbləri həmişəkindən sürətli dövr edir, saat zamandan vaxt oğurlayır gözləyiş bitsin deyə.. O gün ay gecə ulduzlardan xəbər alır, səmalardan ay üzlünü soraqlayır, ulduzlar həyəcandan parıldayır, günəş ətrafına boylanaraq fırlanır o gün dünyanın başına, gözü kimisə axtarır.. Və gün bitir, saat normal surətinə dönür, günəş arxasına boylanaraq batır, ay könülsüz doğur, ulduzlar həsrətdən alışıb yanır. Bir cümə də bitir, o cümə bu cümə deyil, amma yenə həftənin cümə axşamı şam azanı veriləcək və intizar başlayacaq.. Gözlənilən o cümə axır əvvəl gələcək..
Tərgül Həzin.

