Payız soyuq küləklərdən nəfəs çəkir ki, ayrılığının acısı unudulmasın. Qış boranıyla qırmanc çəkir ki, itginin şaxtası qəfləti oyatsın. Bahar təravətini səpələyir ki, vüsalına olan ümidlər cücərsin. Yay qızmar günəşiylə yaxır ki, eşqinin hərarəti bütün varlığı diriltsin. Bu dünya, bu dünyada nəsib alıb saleh yol çəkə bilənlər, ülviyyət aləmi, – hamı eşqinin təcəssümüdür. Xoş gəlirsən, ey Fatimədə əmanət gizlədilmiş sirr! Nə varsa yalnız eşqindir, dünya, üqba bəhanədir…
Emruzə Abbasova.

