Yanıq qapının önündə hüznlü dayanmışdı.Ədəblə daxil olmaq üçün icazə gözləyirdi,hər dəfəki kimi.
Bu nurani xanəyə sevinclə gəldiyi günlər,Peyğəmbərlə(s.a.s) gülümsəyib salamlaşması xatirində canlanırdı.Amma o həzrətin böyük müsibəti səmanı matəmə qərq etdiyi gündən kədərin qatı dumanı bu evin üstündən heç dağılmadı.
İndi Cəbrayıl ərşin günəşi olan bu evə onun yaralı sahibəsini təsəlli etmək üçün nazil olurdu.
Qapının çatlamış taxtası arasından içəri sezilirdi.Xəstəliyinə və solğunluğuna baxmayaraq, bərraq nuru yenə də evin içərisini aydınlatmışdı.
Fatimə(s.ə.) namaz üstəydi.Qunutlarını tək əli ilə tutduğu,hər nəfəs çəkəndə sinıq qabırğasından şiddətli ağrı hiss etdiyi halda tərk etmədiyi ibadətindəydi.
Cəbrayıl isə ağır-ağır o Həzrətin görüşunü gözləyirdi.Gətirdiyi xəbərin yükü sanki qanadlarına çökmüşdü.Yalqız gəlməmişdi həm də .Bu onların Fatimə(s.ə.) ilə yer üzündə son görüşləri idi…
Xanım Fatimeyi-Zəhra(s.ə.) artıq şəhadət qüslünü vermiş,libasını dəyişmişdi.Bilirdi..Odur ki,dünən axşam vəziyyətlərini də etmişdi, öncə özu balaca ürəyi böyük Zeynəbə..Qızına tapşırmışdı ki, o gün qardaşının boğazından anasının əvəzinə öpsün…Sonra Əliyə (ə.s.) vida üçün hər nə sözü qalmışdısa..Gecə qüsl etsin, gecə dəfn etsin, onu incidənlər gəlməsin, gizli qalsın bu qəbir, həqiqətin nişanəsi qalsın.. Çoxlu Quran oxumağını istəmişdi.
Bilmədim, özününmu aram tapması üçün idi bu istək, yoxsa kimsəsiz qalan, haqqı tapdanmış imamın könlünün aram olması üçün?..Ah!. Bilmədim..
Qolu sızıldayırdı,köksü də yanırdı.Üzündəki göyərmiş ləkə də hələ çəkilməmişdi.Amma hər səcdəyə baş qoyduğunda Rəbbin rəhmətindən başqa hər şeyi unudurdu.Bəli, artıq yorğun ruhu ən böyük mələklərin müşayiətində sonsuzluq səfərinə çıxmağa çoxdan hazır idi.
Otağında yalqız qaldı və üzünü qibləyə sarı çevirdi.Fatimənin müqəddəs ruhu sonsuzluğa yüksəlirdi…
Qəfildən ərşdən qopan nalə və ah-vay səsi mələklərə əks-səda saldı..
Mədinədə isə səssizlik hər tərəfi qucaqlamışdı.Xəlvət küçələr və qaranlıq gecə şahid olsa da, kimsənin xəbəri yox idi, bu qəm dənizində süzülüb gedən qayıqdan.
Tabut bir neçə əzalı şəxsin səssiz addımlarlında gecənin gecənin dərinliyində əbədiyyətə doğru yol almışdı. Fatimənin pak cismi son mənzilinə gedirdi..
İndi Cəbrayıl, yenə əvvəlki söhbətlərin xatirəsiylə isinərək,bəşərin səssizliyə qərq olduğu həmin gecələrdə Fatimeyi-Zəhranın qəbrinin üstünə enir.İndi o,başqa bir Allah nurunu zühur gününədək təsəlli etmək üçün nazil olur
Emruzə Abbasova.
