Şeir

Şeir

Ərşü-fərşin ağılalmaz gözəli Fatimədir ,
İki söz varsa lüğətlərdə , Əli-Fatimədir…

Pak olan qəlbidə Allah özü bənnalıq edər ,
Xeyli gizlin ev ucaldıb , təməli Fatimədir…

Bir Əli var ki , duasında Xudanın səsi var ,
Şiri-həqqin dili Zeynəbdir , əli Fatimədir…

Həqq o şəxsiyyətin aləmlərə açmır sirrin ,
Leylətəl-Qədrin o üzdən məsəli Fatimədir…

Qəlbi al ovcuna , hər müşkülə ” Ya Fatir ” de ,
Düyünün gizlin açılsa deməli Fatimədir…

Kim Əli zikrini tərk etməsə iffətli olar ,
İffətin ən uca dəstur əməli Fatimədir

Son nəfəsdə təki qəlbən deyəsən ” Ya Zəhra ” ,
Nəfsimin minnəti olsun əcəli Fatimədir…

Səni ey əbd , mələklər oxusun bəh-bəh ilə ,
Fatimi ol ki , desinlər qəzəli Fatimədir…

ABDULLA ABBASLI.

Daha çox bax
Başa dön tuşu