Site icon 𝖎𝖑𝖆𝖍𝖎𝖖𝖊𝖑𝖊𝖒

Söz gündəliyi

Söz gündəliyi
Hər gün bir söz ruhumu oyadır. Bəzən o, sakit bir axşamda eşidilən “şükür” olur, bəzən səhərin ilk işığında ürəyimdən keçən “ümid”.
Sözlər insanın iç dünyasının izlərini daşıyır. Biz danışdıqca, yazdıqca və dinlədikcə içimizdəki aləmi formalaşdırırıq. Elə bil, hər söz bir toxumdur; ya sevgi torpağına düşür, ya da qəzəb külünə. Bəzən bir kəlmə həyatın istiqamətini dəyişir. Bir “bağışla” illərlə yığılan daşları yumşaldır. Bir “getmə” bir ömrü saxlayır. Bir “inanıram” isə möcüzəni doğurur. Söz gündəliyimdə hər gün bir söz yazıram o gün ruhuma enən kəlmə. Bəzən “səbir”, bəzən “təvəkkül”, bəzən də sadəcə “sükut” olur. Çünki bəzən susmaq da bir duadır.
Dəyərli oxucu:Sən də cəhd et..bu gündən etibarən hər gün bir söz yaz. O söz sənin gününün aydınlığı, niyyətinin aynası olsun. Unutma, insan sözlərinin enerjisi ilə yaşayır. Hansı sözləri seçirsənsə, o səni formalaşdırır.

Exit mobile version