Məni candan usandırdı, cəfadan yar usanmazmı

Təhlil:
Məni candan usandırdı, cəfadan yar usanmazmı
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçün qilmaz mənə dərman, məni bimar sanmazmi?
Qəmim pünhan tutardim mən, dedilər yarə qil rövşən
Desəm, ol bivəfa bilməm, inanarmı inanmazmı?
Şəbi-hicran yanar canim, tökər qan çeşmi-giryanim,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmi?
Güli-rüxsarinə qarşi gözümdən qanli axar su,
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?
Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görəcək utanmazmı?
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadir,
Sorun kim, bu nə sevdadir, bu sevdadan usanmazmı.
Bu qəzəldə Füzuli sevmir sevgiyə çevrilir. Onun “Məni candan usandırdı…” fəryadı ayrılığın deyil, ALLAHA qovuşma istəyinin fəryadıdır. Cəfa onun üçün dərd deyil, dərman hökmündə ruhunu oyadan imtahandır.
Füzuli bu beytlərdə bir həqiqəti pıçıldayır:
Haqqı sevən ağrıdan qaçmaz.Sevən ağrını dərman kimi qəbul edib yaşayar. Çünki hər imtahanda bir təmizlənmə, hər göz yaşında bir nur gizlidir.
O, “Fələklər yandı ahımdan” deyəndə, sözlə deyil, ruhu ilə danışır. Bu ah insanı yandıran deyil onu Uca ALLAHA yaxınlaşdıran oddur.
Füzuli qəzəldə sevilməməyin ağrısını deyil,sevənin səbrini təsvir edir. Onun sükutu da bir zikrdir yəni yanmaqdan usanmazam,
çünki bu yanmaq mənim səcdəmdir..təslimiyyətimdir
Füzuli söz demədi odla nəfəs aldı sanki..Onun misralarında eşq nə sadəcə duyğu, nə də arzu idi; eşqin varlığın yanaraq saflaşdığı ilahi mərhələ idi.
Bu qəzəldə açıq-aydın Füzuli bizə öyrədir ki, insanı kamala aparan yol ağrıdan da olsa yanmaqda olsa, amma ALLAHA aparan yoldur.
Hörmətli oxucu..Füzulinin yanmış ruhu bizə öyrədir ki, eşq təkcə göz yaşları və dərd deyil; o, hər qəlbi saflaşdıran, hər ruhu işıqlandıran müqəddəs odur.
Günel Kərimova