gündəlik ədəbi düşüncələr
İsti mövzular

Gündəlik ədəbi düşüncələr

Gündəlik ədəbi düşüncələr:

Hər açılan sabah həyat kitabımızın yeni səhifəsidir. Bəm-bəyaz gəlir ömrümüzə. Amma diqqətlə baxdıqsa bu yeni vərəqin də, öncəkilər misalı, hikmətlərlə dolu olduğunu kəşf edirsən. Nə çox oxunmalı gözəl naxışları var hər günün! Sanki mehriban Rəbbinin sığalları olan müxtəlif hadisələrdə sevgi etiraflarıdır səpələnib. Sanki hər günə hikmət inciləri tökülüb ki, toplayasan. Hər aldığın sənə özünkiləşib mənəvi dünyanı zənginləşdirir. Hər gün biaz, hər gün biraz…və sən insan kimi ən ləyaqətli ən üstün varlığ tək qədəm qoyursan bu torpağ üstə. O qədər bəhasız gövhərə dönürsən ki,  torpaq səni xəzinə  tək köksündə qoruyub saxlayır. Bütün insanlığa bir gün parlayıb saçacaqsan deyə… Hər sabah – ömrün bir geridönməz parçası – qəbinin zinətinə dönüşsün!

Emruzə Abbasova

Daha çox bax
Başa dön tuşu